Azərbaycandan Gürcüstana gedən Hollandiya vətəndaşı itkin düşüb

Azərbaycandan Gürcüstana gedən Hollandiya vətəndaşı itkin düşüb
# 09 mart 2020 10:39 (UTC +04:00)

Gürcüstanda Hollandiya vətəndaşı itkin düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə həmin şəxsin qardaşı sosial media üzərindən məlumat paylaşıb. Bildirib ki, itkin düşən şəxs sonuncu dəfə martın 7-də Kutaisidə dostları ilə bir kafedə olub, daha sonra içkili vəziyyətdə küçəyə çıxıb və bir daha onu görən olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, itkin düşən şəxsin axtarışı ilə bağlı araşdırmalara başlanılıb.

Həmin şəxsin Gürcüstana Azərbaycandan daxil olduğu və buradan üçüncü ölkəyə keçmək istədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR