Azərbaycanın Gürcüstandakı səfirliyi koronovirusla əlaqədar “Qaynar xətt” yaradıb

Azərbaycanın Gürcüstandakı səfirliyi koronovirusla əlaqədar “Qaynar xətt” yaradıb
# 15 mart 2020 11:51 (UTC +04:00)

Gürcüstandakı Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin facebook hesabında məlumat paylaşılıb.

Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR