BVF direktoru: "Koronavirus 2020-ci ildə qlobal tənəzzülə səbəb olacaq"

BVF direktoru: "Koronavirus 2020-ci ildə qlobal tənəzzülə səbəb olacaq"
# 23 mart 2020 22:26 (UTC +04:00)

Koronavirus pandemiyası 2020-ci ildə qlobal tənəzzülə səbəb olacaq.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva bildirib.

O qeyd edib ki, bu qlobal maliyyə böhranı 2008-2009-cu ildə baş verən tənəzzüldən daha pis olacaq. Lakin K.Georgiyeva 2021-ci ildə dünyanın iqtisadi gücünün bərpa oluna biləcəyini əlavə edib.

BVF-in direktoru bir çox ölkələrin səhiyyə sistemlərini inkişaf etdirmək, böhranın təsirinə məruz qalan şirkətləri və işçiləri qorumaq üçün atdığı fövqəladə maliyyə tədbirlərini və pul siyasətini yüngülləşdirmək üçün mərkəzi bankların atdıqları addımları alqışladığını deyib.

"Xüsusilə də maliyyə sektorunda bu cür addımlara daha çox ehtiyac olacaq", - Georgiyeva deyib.

BVF-in təcili maliyyə yardımının kütləvi şəkildə artırılacağını deyən K.Georgiyeva artıq 80 ölkənin maliyyə yardımı üçün Fonda müraciət etdiyini qeyd edib. BVF direktoru fondun 1 trilyon dollar kredit vermə həcmindən istifadə etməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR