Baş nazir: “Gürcüstanda vəziyyət sürətlə pisləşir”

Baş nazir: “Gürcüstanda vəziyyət sürətlə pisləşir”
# 03 aprel 2020 12:18 (UTC +04:00)

“Bu gün koronavirusa (COVID-19) 18 yoluxma halı qeydə alınıb, ötən gün isə bu rəqəm 15 nəfər idi. Aydındır ki, vəziyyət sürətlə pisləşir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında deyib.

O bildirib ki, vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədar ölkənin bütün iri xəstəxanalarına tam hazır vəziyyətə gəlmələri üçün iki gün vaxt verilib: “Əsas yük Səhiyyə Nazirliyinin və xəstəxana sektorunun üzərinə düşür”.

Qeyd edək ki, hazırda Gürcüstanda yeni növ koronavirusa yoluxması təsdiqlənmiş şəxslərin sayı 148 nəfərdir, onlardan 27-nin sağaldığı bildirilir. Ölkə üzrə 5392 nəfər karantində saxlanılır. Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR