Belçika polisi rekord həddə kokain partiyası ələ keçirib

Belçika polisi rekord həddə  kokain partiyası ələ keçirib
# 06 noyabr 2020 05:10 (UTC +04:00)

Belçika polisi Antverp limanında beş nəqliyyat konteynerində gizlədilmiş 11,5 ton kokain aşkar edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Belçika federal polisi məlumat yayıb.

Bildirilib ki, bu, xaricdən gələn dünyanın ən böyük narkotik partiyasıdır. Narkotik vasitənin təxmin edilən dəyəri 450 milyon avrodur.

Yük əvvəlcə Zibruqqe limanına gəlib, ordan isə Antverp vasitəsilə Hollandiyaya daşınmalı idi.

Faktla bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam edir.

Xatırladaq ki, sözügedən limanda əvvəllər də narkotik maddələrin daşınmasının qarşısı alınıb. 2016 və 2019-cu illərdə bu limanda ələ keçirilən narkotiklərin dəyəri, təqribən 3,2 milyard avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR