Berlin aeroportunda güclü yanğın başlayıb

Berlin aeroportunda güclü yanğın başlayıb
# 10 may 2020 20:53 (UTC +04:00)

Almaniya paytaxtının şimalında, Teqel aeroportunda anbarların yerləşdiyi məkanda yanğın baş verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə xidməti məlumat yayıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri məlum deyil.

“Bir neçə anbar yanır. Əraziyə 110 əməkdaşla cəlb olunmuşuq və bir neçə istiqamətdə yanğınla mübarizə aparırıq”, - deyə yanğından mühafizə xidməti özünün Twitter” səhifəsində bildirib.

Hazırda polis əraziyə gedən yolları bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR