Berlindəki mitinqlərdə yaralanan polislərin sayı 93 nəfərə çatıb

Berlindəki mitinqlərdə yaralanan polislərin sayı 93 nəfərə çatıb
# 02 may 2021 18:05 (UTC +04:00)

Almaniyanın paytaxtı Berlindəki 1 May mitinqlərində yaralanan polislərin sayı 93-ə yüksəlib.

APA bildirir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Məlumata görə, 354-dən çox mitinq iştirakçısı nəzarətə alınıb.

Qeyd edək ki, Berlində şəhərində nümayişçilərlə polis arasında qarşıdıurma baş verib.

Bu barədə şəhər polisinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat yayıb.

Nümayişçilər sanitariya tələblərinin pozulması səbəbindən saxlanılıb, lakin onların içərilərində elələri olub ki, polisə yandırıcı maddələr, daş və butulka atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR