Bir sıra Avropa ölkələrində koronavirusla bağlı məhdudiyyətlər bərpa edilib

Bir sıra Avropa ölkələrində koronavirusla bağlı məhdudiyyətlər bərpa edilib
# 23 iyun 2020 11:55 (UTC +04:00)

İspaniyanın Araqon vilayətinin Ueska əyalətində yeni növ koronavirusla (COVID-19) bağlı tətbiq olunan karantin tədbirləri yenidən bərpa olunub.

APA-nın "euronews"a istinadən verdiyi xəbərə görə, əyalətdə koronavirusa yoluxma halları aşkarlanıb.

Koronavirus infeksiyasının meyvə və tərəvəz yığan mövsümi işçilər arasında yayıldığı bildirilib.

Almaniya və Portuqaliyada da virusa yoluxma hallarında artım müşahidə olunur. Belə ki, Almaniyanın Şimali Reyn-Vestfaliyada federal torpağında yerləşən ən böyük ət emalı zavodunda 1553 yoluxma qeydə alınıb.

Portuqaliyada isə kafe və restoranlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud vəziyyəti qiymətləndirərək Avropada pandemiyanın ikinci dalğasından ehtiyatlandıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR