Bolqarıstan hökumət əleyhinə etiraz aksiya keçirilib

Bolqarıstan hökumət əleyhinə etiraz aksiya keçirilib
# 11 sentyabr 2020 05:20 (UTC +04:00)

Bolqarıstanın paytaxtı Sofiyada "İkinci böyük xalq üsyanı" adı altında kütləvi etiraz aksiyası keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, səhər saatlarında başlayan aksiya 14 saatdan çox davam edib.

Nümayişçilər Baş nazir Boyko Borisov və Baş Prokuror İvan Qeşevin rəhbərlik etdiyi hökumətin istefasını tələb edib.

İstiqlal Meydanında keçirilən aksiya zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında elə də ciddi qarşıdurmanın yaşanmadığı bildirilir.

Polis hökumət və parlament binalarını mühasirəyə alıb.

Qeyd edək ki, Sofiyada və ölkənin digər şəhərlərində hər gün yüzlərlə, minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları və yürüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR