Boris Conson yenidən ata olacaq

Boris Conson yenidən ata olacaq
# 01 mart 2020 04:43 (UTC +04:00)

Britaniyanın Baş naziri Boris Conson yenidən ata olacaq.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Boris Consonun sevgilisi Karrie Saymonds özünün instaqram səhifəsində yazıb.

K.Saymonds sosial şəbəkədəki dostlarına Boris Consonla ötən ilin sonunda nişanlandıqlarını, yayın əvvəlində isə övlad sahibi olacaqları xəbərini verib.

Qeyd edək ki, Boris Conson “10 Downing Street”də nigahsız yaşayan ilk Baş nazirdir. O, bundan öncə iki dəfə evlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR