Borrell: “İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasını alqışlayıram”

Borrell: “İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasını alqışlayıram”
# 14 avqust 2020 17:08 (UTC +04:00)

“İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşmasını alqışlayıram”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, bu normallaşma hər iki tərəfin xeyrinə olduğu qədər həm də regional stabillik üçün vacibdir: “İlhaqın təxirə salınması müsbət addımdır, indi planlar bu ilhaqın tamamilə aradan qaldırılması ilə bağlı olmalıdır. Aİ beynəlxalq səviyyədə razılaşdırılmış parametrlər əsasında İsrail-Fələstin danışıqlarının bərpa olunacağına ümid edir”.

Xatırladaq ki, BƏƏ və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə edilib. BƏƏ İsraillə diplomatik əlaqələri bərpa edən ilk ərəb ölkəsidir. İsrailin Baş Naziri Benyamin Netanyahu bəyan edib ki, iki ölkə arasında normallaşma ilə bağlı razılaşmanın bir hissəsi olaraq o, İordan çayının Qərb sahilinin ilhaqını təxirə salır, lakin bu məsələ ləğv edilməyib və masa üzərindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR