Böyük Britaniyada koronavirusdan dünyasını dəyişənlərin sayı 20 mini ötüb

Böyük Britaniyada koronavirusdan dünyasını dəyişənlərin sayı 20 mini ötüb
# 25 aprel 2020 19:11 (UTC +04:00)

Böyük Britaniyada koronavirus nəticəsində dünyasını dəyişənlərin sayı 20 mini ötüb.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallığın Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Böyük Britaniyada virusa yoluxanların ümumi sayı isə 150 minə yaxınlaşır.

Son bir sutkada Birləşmiş Krallıqda koronavirusdan 813 nəfər ölüb, 4913 nəfər isə koronavirusa yoluxub. Bu ölkədə koronavirus qurbanlarının ümumi sayı 20 319 nəfər, yoluxanların sayı isə 148377 nəfər təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR