Britaniya Səhiyyə Nazirliyi məktəblərin koronavirusa görə bağlanmayacağını açıqlayıb

Britaniya Səhiyyə Nazirliyi məktəblərin koronavirusa görə bağlanmayacağını açıqlayıb
# 12 mart 2020 23:36 (UTC +04:00)

Koronavirusla əlaqədar Britaniyada mətəblər bağlanmayacaq.

APA-nın Britaniyaya bürosuna verdiyi xəbərə görə, Britaniya hökumətinin Baş tibbi məsləhətçisi Kris Vitti məktəblərin bağlanması üçün hər hansı bir elmi səbəbin olmadığını bildirib: "Bu o, demək deyil ki, uşaqlar infeksiyaya yoluxmurlar. Sadəcə, bu xəstəliyi daha yüngül şəkildə keçirirlər. Məktəblərin bağlanmasının cəmiyyətə böyük təsiri olur, buna görə də məktəblərin bağlanması qərarı çox güclü səbəblərə söykənməlidir".

Nazirlik rəsmisi hazırda isə bu səbələrin zəif olduğunu bildirib.

Britaniyanın Baş naziri Boris Conson isə bugün keçirdiyi mətbuat konfransında koronavirusu ictimai sağlamlıq üçün ən çətin böhranlardan biri adlandırıb. Baş nazir qeyd edib ki, hər hansı yüngül əlamətlər aşkarlanan bütün şəxslər 7 gün ərzində ətrafdan təcrid olunmalıdır. O, 70 yaş və yuxarı olan vətəndaşlara səyahət etməməyi tövsiyə edib.

"Biz təkcə koronavirusu azaltmaq üçün deyil, həm də yayılmasının qarşısını almaq üçün əlimzdən gələni edəcəyik",- deyə Baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR