Britaniya XİN başçısı: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”

Britaniya XİN başçısı: “Belarusdakı seçkilərin nəticələrini tanımırıq”
# 17 avqust 2020 11:37 (UTC +04:00)

Böyük Britaniya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.

APA-nın Britaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə nazir Dominik Raab bildirib.

“Böyük Britaniya seçkilərin nəticələrini qəbul etmir. Biz təcili olaraq seçkilərin ədalətsiz olmasına səbəb olmuş nöqsanlar, habelə repressiyalar barədə ATƏT vasitəsilə müstəqil araşdırmaq aparmalıyıq. Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə məsuliyyət daşıyanları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün çalışacaq”, - deyə Xarici İşlər naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR