Britaniya ilə Fransa səyahət dəhlizlərinin yaradılması ideyasını müzakirə edəcək

Britaniya ilə Fransa səyahət dəhlizlərinin yaradılması ideyasını müzakirə edəcək
# 18 iyun 2020 13:00 (UTC +04:00)

Böyük Britaniya hökuməti Fransa ilə səyahət dəhlizlərinin yaradılması ideyasını müzakirə edəcək.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.

"Fransa və digər ölkələrlə səyahət dəhlizlərinin yaradılması fikrini və buna imkan verə biləcək karantin istisnaları barədə Fransa Prezidenti Emmanuel Makronun Londona səfəri zamanı müzakirə aparacağıq”, - deyə D. Raab vurğulayıb.

XİN başçısının sözlərinə görə, Britaniya sərhədlərini açmaq istəyir, lakin bu təhlükəsiz və məsuliyyətli bir şəkildə həyata keçirilməlidir. O qeyd edib ki, bu məsələdə qərar verilərkən ictimai sağlamlıq əsas götürüləcək.

Xatırladaq ki, Britaniyaya digər ölkələrdən gələn vətəndaşların 14 gün karantində qalması məcburidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR