Britaniyada gün ərzində 626 nəfər koronavirusdan ölüb

#
# 22:01
8 may 2020

Böyük Britaniyada COVID-19 infeksiyası qurbanlarının sayı gün ərzində 626 nəfər artaraq 31 241-ə çatıb.

APA xəbər verir ki, bu barədə Ətraf mühit məsələləri naziri Corc Yustis bildirib.

Cümə axşamı günü ölənlərin sayının 30 615 nəfər olduğu, gündəlik artımın 539 nəfər təşkil etdiyi qeyd edilmişdi.

Son bir gündə yeni aşkar edilmiş yoluxma hallarının sayı 4649 nəfər artaraq 211 364-ə çatıb. Bundan əvvəlki gündəlik yoluxma sayı 5614, ümumi yoluxma sayı 206 715 nəfər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR