Britaniyada koronavirus infeksiyasından beşinci ölüm faktı qeydə alınıb

Britaniyada koronavirus infeksiyasından beşinci ölüm faktı qeydə alınıb
# 09 mart 2020 23:04 (UTC +04:00)

Böyük Britaniyada yeni növ koronavirusa yoluxma nəticəsində dünyasını dəyişənlərin sayı 5 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Təəssüf hissi ilə təsdiq edirik ki, bu gün 70 yaşdan yuxarı olan və uzun müddət yaşadığı bir sıra xəstəliklərə görə çox ağır vəziyyətdə olan xəstə Londondakı müqəddəs Helyer xəstəxanasında öldü”, - deyə xəstəxana nümayəndəsinin açıqlamasında bildirilib.

Bu, Britaniyada koronavirusa yoluxmuş bir insanın ölümü ilə bağlı ikinci gündəlik hesabatdır. Ölənlərin hamısı 60 yaşdan yuxarı olan və digər xəstəliklərdən də əziyyət çəkən insanlardır.

Qeyd olunur ki, son günlərdə Birləşmiş Krallıqda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı kəskin şəkildə artıb. Hazırda ölkədə 319 təsdiqlənmiş koronavirus daşıyıcısı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR