Britaniyada koronavirusa bağlı qadağalar çox məhdud şəkildə yüngülləşdiriləcək

Britaniyada koronavirusa bağlı qadağalar çox məhdud şəkildə yüngülləşdiriləcək
# 07 may 2020 17:31 (UTC +04:00)

Gələn həftədən Britaniyada koronavirusa bağlı qadağalar çox məhdud şəkildə yüngülləşdiriləcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Nazirin sözçüsü deyib.

"İstənilən yüngülləşdirmə çox məhdud dərəcədə olacaq. Biz hazırda virusla mübarizədə çox kritik mərhələdəyik. Britaniya ictimaiyyətinin səylərini və fədakarlıqlarını heç edəcək riskli addımlar atmayacağıq".

Qeyd edək ki, bu həftə sonu Baş Nazir Boris Conson pandemiya ilə bağlı növbəti addımları elan edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR