Britaniyada koronavirusdan ölənlərin sayı 32 692 nəfərə çatıb

Britaniyada koronavirusdan ölənlərin sayı 32 692 nəfərə çatıb
# 12 may 2020 18:40 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 627 nəfər vəfat edib.

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, Britaniyada koronavirusdan ölənlərin sayı 32 692 nəfərə çatıb.

Son bir gün ərzində ölkədə 3403 nəfərdə bu virusa yoluxma aşkar edilib, bununla da COVID-19 diaqnozu qoyulmuş britaniyalıların sayı 226 463-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR