Britaniyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb

Britaniyada koronavirusdan ölənlərin sayı 50 mini ötüb
# 11 noyabr 2020 23:26 (UTC +04:00)

Böyük Britaniyada pandemiya başlayandan bəri koronavirusdan ölənlərin sayı 50 mini keçib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində yoluxma sayı 22 950, ölüm sayı isə 595 nəfər olub. Bu, may ayından bəri ən böyük göstəricidir.

Qeyd edək ki, bir gün əvvəl yoluxma 20412, ölüm sayı isə 532 nəfər olmuşdu.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR