Britaniyada koronavirusla bağlı son statistika açıqlanıb

Britaniyada koronavirusla bağlı son statistika açıqlanıb
# 14 noyabr 2020 22:03 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 26 860 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 344 356 nəfərə çatıb. Son sutkada 462 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da koronavirusa görə ölənlərin sayı 51 766 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR