Britaniyada koronavirusla əlaqədar 40 məhkum azadlığa buraxılıb

Britaniyada koronavirusla əlaqədar 40 məhkum azadlığa buraxılıb
# 30 aprel 2020 11:57 (UTC +04:00)

Böyük Britaniyada yeni növ koronavirusla (COVID-19) əlaqədar 40 məhkum azadlığa buraxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Britaniyanın Ədliyyə naziri Robert Buckland “Sky News” telekanalına müsahibəsində bildirib.

Nazir ümumilikdə 4000 məhkumun azadlığa buraxıla biləcəyini də vurğulayıb.

R. Buckland koronavirusla bağlı situasiyanın bir ay öncə ilə müqayisədə daha yaxşı olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR