Britaniyada son sutkada 10 nəfər koronavirusdan həyatını itirib

#
# 22:38
18 aprel 2021

Böyük Britaniyada son sutka ərzində 1882 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 387 820 nəfərə çatıb. 

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 10 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 270 nəfərə çatıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR