Britaniyada son sutkada 18 nəfər koronavirusdan ölüb

#
# 23:10
22 aprel 2021

Böyük Britaniyada son sutka ərzində 2729 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 398 431 nəfərə çatıb. 

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 18 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 345 nəfərə çatıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR