Böyük Britaniyada son sutka ərzində 19 875 koronavirusa yoluxma, 341 nəfər ölüm hadisəsi qeydə alınıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ölkə ərazisində pandemiya başlayandan bəri ümumi yoluxma sayı 1 493 383, ölüm sayı isə 54 626-dır.
Xatırladaq ki, Birləşmiş Krallıqda bir gün əvvəl 20252 nəfərdə yeni virusa yoluxma, 511 ölüm qeydə alınmışdı.