CHP-nin qurultayı keçirilir

CHP-nin qurultayı keçirilir
# 25 iyul 2020 12:34 (UTC +04:00)

Bu gün Ankarada Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 37-ci qurultayı keçirilir.

APA-nın məlumatına görə, qurultayda ana müxalifət partiyasının sədri və Məclisinin üzvləri seçiləcək.

Kemal Kılıçdaroğlu 80 rayon partiya təşkilatının sədrinin imzası ilə 6-cı dəfə partiya sədri postuna namizəd olacaq. Eyni zamanda İlhan Cihaner, Tolga Yarman və Aytuğ Atıcı da partiya sədri postuna iddialıdır.

Qurultayda 1300-dən çox qurultay nümayəndəsi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR