Çavuşoğlu 5 ölkənin XİN başçısı ilə koronavirusla mübarizə yollarını müzakirə edib

Çavuşoğlu 5 ölkənin XİN başçısı ilə koronavirusla mübarizə yollarını müzakirə edib
# 19 mart 2020 18:23 (UTC +04:00)

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanada, Avstraliya, Braziliya, Cənubi Koreya və İtaliya Xarici İşlər nazirləri və Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə koronavirus pandemiyasını müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.

"Kanada, Avstraliya, Braziliya, Cənubi Koreya və İtaliya Xarici İşlər nazirləri və Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə ortaq telekonfrans keçirdik. Koronavirusla mübarizə çərçivəsində birlikdə atıla biləcək addımları müzakirə etdik", - deyə M. Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR