Çavuşoğlu: “Türkiyə Bosniya və Herseqovinanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”

Çavuşoğlu: “Türkiyə Bosniya və Herseqovinanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”
# 05 may 2021 17:13 (UTC +04:00)

“Bu gün əziz dostum Bisera Turkoviçlə ikitərəfli və iqtisadi əlaqələrimizin inkişafı baxımından çox əhəmiyyətli görüş keçirdik. Pandemiyaya baxmayaraq, ikitərəfli ticarət əlaqələrimizin inkişafından məmnunuq”.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Bosniya və Herseqovinadan olan həmkarı Bisera Turkoviçlə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Bosniya və Herseqovinanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyir: “12 il fasilədən sonra Mostarda seçkilərin keçirilməsindən məmnun olduq. Son günlər Bosniya və Herseqovinanın ərazi bütövlüyü mövzusunda olan mübahisəli fikirlərin sadəcə bölgə üçün deyil, bütün Avropa üçün çox böyük təhlükə olduğunu bildirmək istərdim və Türkiyə olaraq biz bu mövzuya sərt mövqedəyik. Biz Balkanların qərbində olan ölkələrin Avropa və Avropa Atlantik qurumlarla inteqrasiyasını dəstəkləyirik”.

İyunun 18-20-də öncə Cənub-Şərqi Avropa ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə zirvə toplantısının, daha sonra Antalya diplomatik forumunun keçiriləcəyini vurğulayan M. Cavuşoğlu bu tədbirə Bosniya və Herseqovinadan olan həmkarını da dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR