Çavuşoğlu: “Türkiyə Fransadakı səfirinin geri çağırılmasına ehtiyac görmür”

Çavuşoğlu: “Türkiyə Fransadakı səfirinin geri çağırılmasına ehtiyac görmür”
# 28 oktyabr 2020 15:54 (UTC +04:00)

“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığımız zamanı Dağlıq Qarabağ münaqişəsini, İdlib mövzusunu və digər məsələləri müzakirə etdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Sergey Lavrovun səhhətində hər hansı ciddi problem yoxdur. Sadəcə profilaktik tədbir olaraq özünütəcrid edib. Lavrovla Dağlıq Qarabağ münaqişəsi, İdlib və digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

M. Çavuşoğlu Türkiyənin Fransadakı səfirinin geri çağırılması məsələsinin gündəlikdə olmadığını vurğulayıb: “Türkiyə hazırda buna ehtiyac görmür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR