Çavuşoğlu sloveniyalı həmkarı ilə görüşüb

Çavuşoğlu sloveniyalı həmkarı ilə görüşüb
# 04 may 2021 15:14 (UTC +04:00)

“Sloveniya ilə ikitərəfli münasibətlərimiz, həmçinin Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesini həmkarım Anze Loqarla hərtərəfli müzakirə etdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sloveniyanın xarici işlər naziri Anze Loqarla birlikdə keçirilən mətbuat konfransında bildirib.

M. Çavuşoğlu sloveniyalı həmkarı ilə mövcud regional vəziyyət və beynəlxalq mövzularda müzakirələr apardığını vurğulayıb: “Bundan başqa, Türkiyənin Balkan ölkələrində də maraqları var və bu maraqlarımız çərçivəsində fəaliyyətlərimiz davam edir”.

Anze Loqar bildirib ki, Sloveniya növbəti dönəmdə Avropa İttifaqına rəhbərlik edəcək və ölkəsi Türkiyənin Aİ-yə üzv qəbul edilməsinə tərəfdar olduğu üçün bu istiqamətdə cəhdlərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR