Çavuşoğlu və Blinken arasında telefon danışığı olub

Çavuşoğlu və Blinken arasında telefon danışığı olub
# 24 aprel 2021 01:13 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çavuşoğlu ilə Blinken Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı telefon danışığının təfərrüatları barədə müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR