Çexiyada koronavirusa sutkalıq yoluxma sayı 14 mini ötüb

Çexiyada koronavirusa sutkalıq yoluxma sayı 14 mini ötüb
# 23 oktyabr 2020 11:03 (UTC +04:00)

Çexiyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 14 151 yoluxma halı qeydə alınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində 106 nəfər koronavirusdan vəfat edib. Ölkədə indiyədək koronavirusdan ölənlərin sayı 1 845 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR