Çexiyada qapalı məkanlarda maska taxmaq məcburi olacaq

Çexiyada qapalı məkanlarda maska taxmaq məcburi olacaq
# 09 sentyabr 2020 13:17 (UTC +04:00)
Çexiyada qapalı məkanlarda maska taxmaq məcburi olacaq.
APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Adam Voyteç bildirib.
Nazir deyib ki, ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar belə bir qərar qəbul edilib.
Sentyabrın 10-dan etibarən bütün ölkə ərazisində qapalı yerlərdə, binaların daxilində maska taxmaq məcburi olacaq.
Qeyd edək ki, son həftələrdə Çexiyada koronavirusa yoluxma sayı artıb. Sentyabrın 8-də koronavirusa 1164 yeni yoluxma faktı qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR