Çexiyada son 3 ayda ilk dəfə koronavirusa yoluxma sayı 300-ü ötüb

#
# 10:55
29 iyun 2020

Çexiyada ötən sutka son 3 ay ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) ən çox yoluxma qeydə alınıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çexiyada son sutka ərzində COVID-19-a 305 yoluxma qeydə alınıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 11 603 nəfərə çatıb, indiyədək 348 nəfər vəfat edib.

Qeyd olunub ki, virusa yeni yoluxma halları daha çox ölkənin şərqində qeydə alınır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR