“Charlie Hebdo”nun keçmiş redaksiyasının binasının yaxınlığında bıçaqlı şəxs insanlara hücum edib, 4 nəfər yaralanıb

“Charlie Hebdo”nun keçmiş redaksiyasının binasının yaxınlığında bıçaqlı şəxs insanlara hücum edib, 4 nəfər yaralanıb
# 25 sentyabr 2020 15:21 (UTC +04:00)

Parisdə “Charlie Hebdo” satirik jurnalının keçmiş redaksiyasının yerləşdiyi binanın yaxınlığında naməlum şəxs bıçaqla insanlara hücum edib.

APA-nın xəbərinə görə, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Naməlum şəxs hadisə yerindən qaçıb.

Fransanın Baş Naziri Jan Kasteks faktı təsdiqləyib.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayında Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Bundan sonra redaksiyanın ünvanı dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR