Conson Konteyə koronavirusla mübarizədə kömək edəcəyinə söz verib

Conson Konteyə koronavirusla mübarizədə kömək edəcəyinə söz verib
# 14 mart 2020 06:22 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson italiyalı həmkarı Cüzeppe Konteyə koronavirusla bağlı mübarizədə istənilən köməyin göstəriləcəyi ilə bağlı vəd verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iki hökumət başçısı arasında olan telefon danışığı ilə bağlı London tərəfinin yaydığı açıqlamada deyilir.

“Baş nazir koronavirusun yayılmasının miqyası fonunda İtaliyaya həmrəyliyini və anlayışını dilə gətirib. O, dünya ölkələri üçün son dərəcə çətin bir vaxt olduğunu və Britaniyanın İtaliyaya hər cür dəstək verəcəyini qeyd edib”, - məlumatda belə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR