Conson Putinə: "İki ölkə arasındakı münasibətlərdə problemlər qalmaqdadır"

Conson Putinə: "İki ölkə arasındakı münasibətlərdə problemlər qalmaqdadır"
# 09 may 2020 02:43 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinə iki ölkə arasında dialoqun davam etdirilməli olduğunu, lakin gələcək addımlar üçün maneələrin hələ də qaldığını deyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə britaniyalı baş nazirin dəftərxanasının rəsmi nümayəndəsi iki dövlət başçısı arasında telefon danışığının nəticələrinə əsasən bildirib.

“Baş Nazir bu gün Qələbənin 75-ci ildönümü münasibətilə Prezident Putinlə danışıb. Liderlər İkinci Dünya Müharibəsi illərində Britaniya və Rusiya qoşunları arasındakı, o cümlədən “arktik konvoylar”a təcəssüm edən əməkdaşlığa, eləcə də bütün ölənlərin qəhrəmanlığına və fədakarlığına hörmət nümayiş etdiriblər. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlər də müzakirə olunub. Baş Nazir dialoq aparılmalı olduğunu, ancaq gələcək münasibətlərin irəliləməsi üçün maneələr qaldığını deyib”, - açıqlamada belə deyilir.

Liderlər, həmçinin koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq tərəfdaşlarla birgə işləməyin zəruriliyini də diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR