Conson və Makron Aleksey Navalnı məsələsini müzakirə edib

#
# 20:28
7 sentyabr 2020

Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA “TASS”-a istinadən xəbər verir ki, iki dövlət başçısı rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

Boris Conson kabinetinin dəftərxanası tərəfindən yayılan məlumata görə, tərəflər baş verənlərdən hiddətləndiklərini ifadə edərək, Moskvanı bununla bağlı açıqlama verməyə çağırıblar.

“Baş nazir Conson və Prezident Makron Aleksey Navalnıya edilən hücumdan hiddətləndiklərini dilə gətirdilər və Rusiyanın təcili olaraq müxalifət liderinin “Noviçok” maddəsi ilə necə zəhərləndiyini izah etməli olduğunu bildirdilər”, - məlumatda belə deyilir.

Fransa lideri də öz növbəsində telefon danışığı zamanı bu mövzunun və digər vacib beynəlxalq məsələlərin müzakirə olunduğunu təsdiqləyib.

“Boris Consonla çox yaxşı danışıqlar apardıq. Biz miqrant daşıyıcılarına qarşı mübarizədə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik. Aleksey Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti, Livandakı vəziyyəti və AB ilə Britaniya arasındakı gələcək münasibətləri müzakirə etdik”, - deyə fransalı prezident özünün “Twitter” səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR