Dünyada koronavirusdan ölənlərin sayı 14 mini keçib

Dünyada koronavirusdan ölənlərin sayı 14 mini keçib
# 24 mart 2020 03:54 (UTC +04:00)

Dünyada koronavirusa yoluxanların sayı ümumilikdə 332 930 nəfərə çatıb, 14 510 nəfər isə bu virusun qurbanına çevrilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində qeyd olunub.

Statistikaya görə, yoluxmuşların sayı gün ərzində 40 mindən çox artaraq 332 930-a, ölüm hallarının sayı isə 1727 nəfər artaraq 14 510-a çatıb. Ən çox yoluxma və ölüm Avropa bölgəsində qeydə alınıb ​​- müvafiq olaraq 171 424 yoluxma və 8743 ölüm halı.

İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi yer alır. Martın 23-nə olan məlumata görə, burada 95 637 yoluxma və 3473 ölüm hadisəsi qeydə alınıb.

Gün ərzində üç yeni ölkədə koronavirus aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR