Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu keçib

Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu keçib
# 17 aprel 2021 02:14 (UTC +04:00)

Dünyada ümumilikdə 139 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, dünya üzrə koronavirus səbəbindən ölənlərin sayı 3 milyonu keçib.

Həmçinin vurğulanıb ki, “COVID-19”la bağlı son iki ayın statistikasına diqqət etsək, təxminən iki qat artım müşahidə edilir.

Məlumat üçün bildirək ki, “The Lancet Respirator Medicine” elmi jurnalında dərc edilən məlumata görə, gənclər arasında yoluxma riski yenidən gündəmə gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR