Dünyada son beş gündə ardıcıl olaraq koronavirusa yoluxma sayı 400 mini keçir

Dünyada son beş gündə ardıcıl olaraq koronavirusa yoluxma sayı 400 mini keçir
# 27 oktyabr 2020 07:14 (UTC +04:00)

Dünyada son beş günün sutkalıq statistikasında koronavirusa yoluxanların sayı 400 mini keçir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Qeyd edilib ki, bu, pandemiyanın başlanğıcından bəri ən uzun sürən artma dövrüdür.

26 oktyabr tarixinə dünyada koronavirusa 42 966 344 nəfər yoluxub. Onlardan 1 152 604 nəfəri dünyasını dəyişib.

Son sutka ərzində isə yoluxma sayı 435 528 nəfər olub.

İndiyədək ən çox yoluxma ABŞ-da qeydə alınıb - 8 485 747.

Sonrakı yerləri Hindistan (7 909 959), Braziliya (5 380 635), Rusiya (1 531 224), Fransa (1 107 952), Argentina (1 081 336), İspaniya (1 046 132), Kolumbiya (1 007 711), Meksika (886 800), Peru (886 214), Böyük Britaniya (873 804) və Cənubi Afrika (715 868) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR