Dünyada son sutkada 594 min nəfər koronavirusa yoluxub

Dünyada son sutkada 594 min nəfər koronavirusa yoluxub
# 16 noyabr 2020 06:10 (UTC +04:00)

Dünyada koronavirusa yoluxma hallarının sayı 53,76 milyonu keçib, son 24 saat ərzində 594 min insan yeni növ virusa yoluxub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Qeyd edilib ki, ölüm sayı 8.222 nəfər artaraq, 1 308 975-ə yüksəlib.

Yoluxma hadisələrinin 42 faizdən çoxu Şimali və Cənubi Amerikada (252 672) qeydə alınıb. Avropa Bölgəsində 246 603, Cənub-Şərqi Asiyada isə 51 506 yoluxma hadisəsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR