Dünyada son sutkada 724 mindən çox insan koronavirusa yoluxub

Dünyada son sutkada 724 mindən çox insan koronavirusa yoluxub
# 20 aprel 2021 08:15 (UTC +04:00)

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 724 mindən çox artaraq, ümumilikdə 141,05 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 10,9 mindən çox artaraq 3,01 milyonu ötüb.

19 aprel Bakı vaxtı ilə saat 18:28-ə olan məlumata əsasən, 141 057 106 nəfər koronavirusa yoluxub, 3 015 043 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 724 720 nəfər, ölənlərin sayı isə 10 955 nəfər artıb.

Ötən gün ərzində yoluxma hallarının 39%-dən çoxu Cənub-Şərqi Asiyada (285 133) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (206 984), üçüncü yerdə Avropa (156 016) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 31 311 941 nəfər. Onun ardınca Hindistan (15 061 919), Braziliya (13 900 091), Fransa (5 207 857), Rusiya (4 710 690), Böyük Britaniya (4 387 824), Türkiyə (4 268 447), İtaliya (3 870 131), İspaniya (3 396 685), Almaniya (3 142 262), Polşa (2 695 327) və Argentina (2 677 747) gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR