Dünyada son sutkada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

Dünyada son sutkada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb
# 11 oktyabr 2020 07:28 (UTC +04:00)

"Dünyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl üç gündür ki, rekord həddi keçir. Son sutkada 383 359 nəfər COVID-19 infeksiyasına yoluxub".

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Ən çox artım Hindistan (73 272) və ABŞ-da (54 232) müşahidə edilib.

Qeyd edək ki, bir gün əvvəl 350 766 hadisə qeydə alınmışdı. Bundan əvvəlki record isə 338 779 idi.

Dünyada ümumilikdə 36,7 milyondan çox koronavirus infeksiyası hadisəsi təsdiq edilib, ölənlərin sayı isə 1 milyondan çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR