Ermənistanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

#
# 18:23
22 iyul 2020

Fransanın paytaxtı Paris şəhərində Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq icazəli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Ermənistanın Fransadakı səfirliyinin binası önündə baş tutan etiraz aksiyasına bu ölkənin müxtəlif şəhərlərində yaşayan 300-ə qədər diaspor fəalı toplaşıb.

Aksiya zamanı soydaşlarımız Azərbaycanın Dövlət Himnini səsləndirib, vətənpərvərlik mahnıları oxuyublar.

Tovuz cəbhəsində həlak olan şəhidlərimizin şəkillərinin, Azərbaycan, fransız və ingilis dillərində "Qarabağ Azərbaycandır!", "Qarabağ Azərbaycana məxsusdur!", "Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!" və s. şüarların nümayiş olunduğu aksiyada çıxış edənlər ölkəmizə qarşı Ermənistanın törətdiyi hərbi təxribatları və təcavüzkar siyasəti şiddətlə qınadıqlarını bəyan ediblər. Aksiya iştirakçıları dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın sərt şəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Ermənistan səfirliyinin qarşısına gələn ermənilər azərbaycanlıların aksiyasına əngəl törətməyə çalışsalar da heç nəyə nail ola bilməyiblər. Aksiya insidentsiz başa çatıb.

***

17.23

Fransada Azərbaycan Ordusuna dəstək və Ermənistan təxribatına qarşı aksiya keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiyada Parisdə yaşayan soydaşlarmız iştirak edir.

Aksiya iştirakçıları Ermənistanın təxribatını pisləyən, Azərbaycan Orudusuna dəstək ifadə olunan şüarlar səsləndirirlər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR