Finlandiyanın eks-prezidenti koronavirusa yoluxub

Finlandiyanın eks-prezidenti koronavirusa yoluxub
# 24 mart 2020 12:35 (UTC +04:00)

Finlandiyanın sabiq prezidenti, Nobel Sülh mükafatçısı Marti Axtisaari koronavirusa yoluxub.

APA-nın Finlandiya mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda keçmiş prezidentin səhhəti normaldır.

Qeyd edək ki, martın 21-də keçmiş prezidentin xanımı Yeva Axtisaarinin də koronavirusa yoluxduğu aşkarlanmışdı. 82 yaşlı Marti Axtisaari 1994-2000-ci illərdə Finlandiyanın prezidenti olub. BMT-nin diplomatı olan Axtisaari Kosovo münaqişəsinin həlli istiqamətində göstərdiyi uzunmüddətli səylərə görə 2008-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Xatırladaq ki, Finlandiyada koronavirusa 700 yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR