"Ford" koronavirusa görə Avropadakı istehsallarını dayandırır

"Ford" koronavirusa görə Avropadakı istehsallarını dayandırır
# 18 mart 2020 03:24 (UTC +04:00)

Digər avtomobil istehsalçılarının ardınca “Ford” korporasiyası da 19 mart tarixindən etibarən Avropada avtomobil istehsalını dayandırır.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın Kölndə yerləşən Avropa bölməsinin (Ford of Europe) yaydığı açıqlamada deyilir.

İstisna yalnız Britaniyadakı mühərrik zavoduna şamil ediləcək. Qalan müəssisələrin hansı müddətə qədər bağlı qalacağı hələlik məlum deyil. Bildirilir ki, bu cür tədbirlər işçiləri koronavirusdan qorumaq üçün nəzərdə tutulub və Aİ ölkələrində koronavirusun yayılması fonunda avtomobillərə olan zəif tələbatla da əlaqələndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR