Fransa Prezidenti: “Türkiyə Liviyada təhlükəli oyun oynayır”

Fransa Prezidenti: “Türkiyə Liviyada təhlükəli oyun oynayır”
# 23 iyun 2020 08:20 (UTC +04:00)

“Türkiyə Liviyada təhlükəli oyun oynayır”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron Tunis Prezidenti Kais Saidlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Makron bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışdığını vurğulayıb.

Fransa lideri Türkiyənin Liviyadakı hərəkətlərinin Berlində baş tutan beynəlxalq konfransda götürdüyü öhdəliklərə zidd olduğunu deyib.

O Liviyadakı bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıraraq, Fransanın mövqeyini bir daha xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR