Fransa narkotikdən istifadəyə görə 200 avro məbləğində cərimə tətbiq edəcək

Fransa narkotikdən istifadəyə görə 200 avro məbləğində cərimə tətbiq edəcək
# 25 iyul 2020 17:12 (UTC +04:00)

Fransa hökuməti bu ilin sentyabr ayından başlayaraq ölkədə narkotik vasitələrin istifadəsinə görə 200 avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu şənbə günü Fransanın Baş naziri Jan Kasteks Nitsa şəhərində cinayətkarlığa qarşı mübarizə mövzusunda çıxış edərkən deyib. Bu şəhərdə iyunun ortalarından etibarən narkotik alverçilərinin dəstələri arasında silahlı atışmalar baş verir.

Narkotik istifadəsinə görə cəza əvvəllər Fransada yalnız 1970-ci ilin qanunu əsasında tənzimlənirdi. Narkotik istifadəsinə görə bundan öncə 1 ilədək həbs cəzası və 3 750 avro cərimə tətbiq edilirdi. Əslində, məhkəmələr həmişə bu cür sərt tədbirlərin qarşısını almağa çalışıb, şifahi xəbərdarlıq verməyi üstün tutublar. Bu isə, narkotik istifadəçilərinin cəzasız qalmasına səbəb olurdu.

Qərara alınıb ki, 200 avro cərimə 45 gün ərzində ödənilməsə, cərimənin məbləği 450 avroyadək artırılacaq.

Qeyd edək ki, Fransada istifadə edilən əsas narkotik vasitə marixuana sayılır. Onun payına narkotik vasitələrin ümumi istehlakının ən azı 80%-i düşür. Hesablamalara görə, Fransada təxminən 3,9 mln. insan vaxtaşırı marixuanadan istifadə edir, onlardan 1,2 mln. nəfəri isə ondan mütəmadi olaraq istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR