Fransada 54 konqolu iğtişaş iştirakçısı saxlanılıb

Fransada 54 konqolu iğtişaş iştirakçısı saxlanılıb
# 29 fevral 2020 03:15 (UTC +04:00)

Paris polisi konqolu müğənni Falli İpupanın Fransa paytaxtının şərqində verməli olduğu konserti iğtişaşlar törədərək pozmağa çalışan azı 54 nümayişçini saxlayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının “Twitter” səhifəsində məlumat verilib.

Bundan əvvəl 37 nəfərin saxlanıldığı bildirilirdi.

Etirazçılar əsasən Fransada yerləşən konqolu diaspora üzvləri olub və onlar Konqo Demokratik Respublikasının hazırkı hakimiyyətinə qarşı çıxıblar. İfaçını isə prezident Feliks Çisekedi və onun sələfi Jozef Kabila ilə yaxın əlaqələrdə günahlandırıblar.

Aksiya sonradan iğtişaşlara və dağıntılara çevrilib. “Euronews” telekanalının məlumatına görə, etirazçıların yaratdığı yanğın səbəbindən azı 40 moped, beş avtomobil və bir eskalator yanıb, üç mağazanı şüşələri sındırılıb.

O da bildirilir ki, etirazçılar konsertə müdaxilə edə bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR